Papua-Yeni Qvineyada 6,8 bal gücündə zəlzələ olub

Papua-Yeni Qvineyada 6,8 bal gücündə zəlzələ olub

Aprelin 30-da Papua-Yeni Qvineyanın Yeni Britaniya adasında 6,8 bal gücündə zəlzələ baş verib. RİA Novosti informasiya agentliyi xəbər verir ki, yeraltı təkanlar aprelin 30-da yerli vaxtla 20:45-də qeydə alınıb. Zəlzələnin episentri Kokopo şəhərindən 131 kilometr cənub-qərbdə, 60,1 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və tələfat barədə hələ ki, məlumat verilmir. Sakit okean seysmoloji mərkəzinin məlumatına görə, sunami təhlükəsi gözlənilmir.

Qeyd edək ki, Papua-Yeni Qvineya "Sakit okean odlu dairəsi" adlanan yüksək seysmik aktivliyə malik güclü tektonik qırılma zonasının bir hissəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə