Kərim Masimov Baş nazir oldu

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Kərim Masimovun baş nazir təyin edilməsi haqda sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, aprelin 29-da Qazaxıstan parlamentinin Aşağı Palatası Kərim Masimovun yenidən baş nazirliyə namizədliyini yekdilliklə təsdiqləyib.

Xatırladaq ki, bu gün Qazaxıstan prezidenti Nursultan Nazarbayev dövlət başçısı kimi yenidən and içdikdən sonra baş nazir Kərim Masimovu və hökumət üzvlərini istefaya göndərmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə