Nigeriya hərbçiləri radikal İslam qruplaşması "Boko Haram"ın saxladığı 300-ədək qadın girovunu azad etməyə nail olub. SİA xəbər verir ki, bu barədə "meduza" agentliyi məlumat yayıb. Məlumata görə, azad olunanların 200 nəfəri gənc və yeniyetmə qızlar, 93 nəfəri isə yaşlı qadınlar olub.
Girovların azad olunması əməliyyatı qruplaşmanın nəzarətində olan Sambisa meşəsində keçirilib. Hələlik isə azad olunmuş girovların kimlikləri müəyyənləşdirilir.
"Əl-Cəzirə" isə bununla bağlı məlumat verir ki, Nigeriya hökuməti girovluqdan azad edilmişlər arasında 1 il öncə Çibokedə əsir götürülmüş məktəbli qızların da olduğunu istisna etməyib. Lakin "reuters" agentliyi bunun tamamilə əksinə olduğunu yazıb. Bu agentliyin bildirdiyinə görə, Nigeriya hərbi güclərinin komandanlığı azad olunanlar arasında bir il qabaq girov aparılmış məktəbli qızların olmadığını bəyan edib.
Qeyd edək ki, ötən ilin aprelində "Boko Haram" qruplaşması Çibokoda əsasən xristian ailələrdən olan 276 məktəbli qızı girov götürüb. Onlardan bir neçəsi sonradan qaçmağa müvəffəq olsa da, 219 qızın yeri hələ də müəyyənləşdirilməyib və onlar barəsində konkret məlumatlar yoxdur.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB