Əfqanıstanda torpaq sürüşdü 50 nəfər öldü

Əfqanıstanda torpaq sürüşdü 50 nəfər öldü

Əfqanıstanın şimal-şərqində baş verən sürüşmə nəticəsində ən azı 52 nəfər həlak olub. TASS informasiya agentliyi xəbər verir ki, Bədəxşan əyalətinin qubernatoru Şah Vəliullah Ədibin məlumatına görə, faciə Tacikistanla sərhəd yaxınlığında yerləşən Xavxan rayonunda qeydə alınıb.

Hadisə əyalətin administrativ mərkəzi Feyzabad şəhərindən 200 kilometr məsafədə yerləşən çətin keçilən zonada baş verdiyindən təbii fəlakətin miqyasını dəqiq qiymətləndirmək mümkün deyil. Hazırda yollar qarla örtülüb və sürüşmə zonasına yalnız helikopterlə getmək olur.

Qeyd edək ki, Bədəxşan əyalətində sürüşmələr tez-tez baş verir. Keçən ilin may ayında əyalətdə baş verən sürüşmə nəticəsində 350 nəfərdən çox insan həyatını itirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə