ABŞ Milli Qvardiyanın qoşunlarını Merilend ştatında yerləşən Baltimor şəhərinə yeridib. SİA-nın "Fox News" telekanalına istinadən verdiyi xəbərə görə, məqsəd şəhərdə baş verən qarşıdurmaların qarşısını almaq olub.
Məlumata görə, bu funksiyanın həyata keçirilməsində Milli Qvardiyaya yerli polis əməkdaşları kömək edəcək.
Xatırladaq ki, bir neçə gündür qarşıdurmaların davam etdiyi Merilenddə bu gün səhərdən fövqəladə vəziyyət elan edilib. Yerli sakinlər qara dərili gəncin ölümü ilə bağlı etirazlara başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB