Venesuelada silahlı şəxslərin ailə şənliyinə hücumu 9 nəfərin ölümü ilə nəticələnib
Venesuelada silahlılar ailə şənliyinə hücum edərək 9 nəfəri qətlə yetiriblər. Silahlı şəxslər paytaxt Karakasın yaxınlığındakı Okumare-del-Tuy rayonunda keçirilən ailə şənliyinin iştirakçılarına hücum ediblər. Onlar şənliyin keçirildiyi evə basqın edərək atəş açıb, daha sonra isə hadisə yerindən qaçıblar.
Venesuela prokurorluğu nümayəndələrinin məlumatına görə, hadisə zamanı 9 nəfər həlak olub, daha 3 nəfər isə yaralanıb.
Xatırladaq ki, Venesuelada əsas problemlərdən biri gərgin kriminogen vəziyyətdir. Ölkədə hər gün baş verən qətl hadisələrinin, demək olar ki, əksəriyyətinin üstü aşılmamış qalır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB