Nepalda baş verən dəhşətli zəlzələ qurbanlarının sayı açıqlanıb. SİA-nın xəbərinə görə, bu barədə yerli Təbii Fəlakətlərlə Mübarizə Mərkəzinin nümayəndəsi məlumat verib.
Mərkəz rəhbəri Rameşvor Danqal bildirib ki, hadisə zamanı ölənlərin sayı 3218-ə çatıb, 6500-dən çox insan xəsarət alıb.
Qeyd edək ki, şənbə günü Nepalda 7.9 bal gücündə zəlzələ baş verib. Ölkə rəhbərliyi ötən gün ölkədə fövqəladə vəziyyət elan edib. Axtarış-xilasetmə əməliyyatlarında hərbçilər iştirak edir. Çin, ABŞ, Kanada, Avstraliya, Yaponiya, ABŞ, Şri-Lanka və Rusiyadan olan xilasedicilər də əməliyyatlara qoşulub.(ria novosti)




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB