Bu gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir. SİA-nın məlumatına görə, səsvermə yerli vaxtla saat 07:00-dan saat 20:00-dək davam edəcək.
Qeyd edək ki, Qazaxıstan prezidenti postu uğrunda namizdədliyi hakim "Nur Otan" partiyası tərəfindən irəli sürülən indiki dövlət başçısı Nursultan Nazarbayev, namizədliyi öz partiyası tərəfindən irəli sürülən Qazaxıstan Xalq Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Turqun Sızdıkov və namizədliyini özü irəli sürmüş Qazaxıstan Həmkarlar Federasiyasının rəhbəri Abelqazi Kusainov mübarizə aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB