Suriya müxalifəti hücuma keçdi

Cisr əş-Şuqur rayonunun böyük hissəsini ələ keçirdi
Suriya müxalifəti hücuma keçdi

Suriya müxalifəti Cisr əş-Şuqur rayonunun böyük hissəsində nəzarəti ələ keçirib. Anadolu informasiya agentliyi xəbər verir ki, müxalifət qüvvələrinin səhra komandirlərindən biri olan Əbu Kuteydə "Qələbə" kod adı altında aparılan əməliyyatlar nəticəsində Cisr əş-Şuqur rayonundakı hərbi postların, qənnadı fabrikinin və İdlib şəhərindəki bəzi strateji məntəqələrin Bəşər Əsəd ordusundan təmizləndiyini bildirib.

Onun sözlərinə görə, regionun böyük hissəsi müxalifətin nəzarətinə keçib. Rejim qüvvələrinin mənzil-qərargahı kimi istifadə olunan xəstəxana uğrunda isə ağır döyüşlər davam edir. Prezidentə sadiq qüvvələrin ağır itkilər verdiyi bildirilir.

Suriya ordusunun bölgədən tamamilə çıxarılması məqsədi daşıyan əməliyyatlarda "Cəbhət Ən-Nusra", "Əhrar Əş-Şam briqadası", "İslam ordusu" və "Ənşaru Şam briqadası" iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə