Kanadada ermənilərə qarşı mitinq keçirilib

Kanadada ermənilərə qarşı mitinq keçirilib

1915-ci il hadisələrinin 100 illiyi ilə əlaqədar olaraq Kanadanın paytaxtı Ottava şəhərində etiraz nümayişləri təşkil edilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, erməni diasporunun nümayəndələri paytaxta toplaşaraq qondarma soyqırımını qeyd etmək istəyiblər. Buna qarşılıq olaraq ölkənin dörd bir tərəfindən gələn Türklər nümayiş təşkil edib. Kanadanın paytaxtı Ottavada Federal Parlament binası önündə yığılan ermənilərə qarşı, Ottavanın Monreal, Toronto, Hamilton, Waterloo, Kitçener, Burlington və Mississauga şəhərlərindən gələn yüzlərlə Türk vətəndaşı da eyni yerdə qarşılıqlı olaraq nümayiş keçirib. Əllərində Türk və Kanada bayraqları ilə parlament binasının bağçasını dolduran Türklər, şüarlarla ermənilərə cavab verib. Ermənilərə qarşı "Yalanlara son verin", "Vergi pullarımızı yalanlarınıza xərcləməyin", "tarixi tarixçilərə buraxın" şəklində şüarlar səsləndirən Türklər, daha sonra Türkiyənin Ottava Səfirliyi binası qarşısında toplanan ermənilərə də cavab verib. Ottava Polisi sıx təhlükəsizlik tədbirləri alıb, hər iki tərəfin nümayişlərində qrupların bir-birlərinə yaxınlaşmalarına icazə verilməyib. Polis Türk Səfirliyinin ətrafını təhlükəsizlik divarı ilə bağlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə