Balkan ölkələrində “soyqırım”a qarşı AKSİYA

Balkan ölkələrində “soyqırım”a qarşı AKSİYA

Balkan ölkələri Bosniya və Herseqovina, Makedoniya, Albaniya, Kosova və Çernoqoriyada təşkil edilən etiraz aksiyalarında 1915-ci il hadisələri ilə bağlı erməni iddialarına etiraz ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, etirazçılar əllərində Türk və Bosniya və Herseqovina bayraqları ilə Bosniya Herseqovinanın paytaxtı Sarayevonun tarixi Qazi Xosrov bəy Məscidi qarşısında toplanaraq, "Olmayan soyqırımı var etdirməyin", "Soyqırım yoxdur, Çanaqqala vardır", "Never forget Khojali", "Onbeşliler 100 ildir vətən müdafiəsində" şüarları səsləndiriblər.

Qeyd edək ki, Sarayevoda oxuyan Türk, Azərbaycan, Bosniya Herseqovinalı tələbələrlə birlikdə Srebrenitsa və Jepa Anaları Dərnəyi Başçısı Munira Subaşiç və digər dərnək üzvləri ilə Bosniya Herseqovinalı vətəndaşlar qatılıb. Srebrenitsa və Jepa Anaları Dərnək Başçısı Subaşiç, verdiyi açıqlamada 100 il əvvəl yaşanan bir hadisə haqqında bu gün danışmağın utanc verici bir vəziyyət olduğunu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə