Almaniya xarici işlər naziri Frank-Walter Steinmeier 1915-ci ildə baş vermiş hadisələrlə bağlı müzakirələrdə "soyqırım" sözünün istifadə olunmasının Ermənistan ilə Türkiyə arasındakı dialoqsuzluğu aradan qaldırmayacağını deyib. Steinmeier "Spiegel" jurnalına verdiyi açıqlamada, qarışıq xatirələrin bir kəlmə ilə ifadə edilə biləcəyini deyib. Bundan başqa o Holokost (Yəhudi soyqırımı) məsələsinə də toxunub və xəbərdarlıq edib: "Bu gün Almaniyanın siyasi gündəminə yenidən Holokost məsələsini yerləşdirmək istəyirlər. Bəziləri isə ifadə edir ki, Holokost hadisəsi 1933-cü ildən öncə başlayıb. Biz bu məsələni daha əvvəl həll etmişik".
Qeyd edək ki, Steinmeier yenidən soyqırım sözünü ifadə etməkdən qaçınıb. O vurğulayıb ki, Alman xarici siyasətinin mərkəzində Türkiyə ilə Ermənistan arasında barışığın əldə edilməsini təmin etmək durur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB