25 gündə115 uşaq öldürülüb STATİSTİKA - VİDEO

25 gündə115 uşaq öldürülüb STATİSTİKA - VİDEO

Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaqlara Kömək Fondu (UNICEF), Yəməndə baş verənlər zamanı həlak olan uşaqlarınm sayını açıqlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, UNICEF sözçüsü Kristof Bulerak İsveçrənin Cenevrə şəhərində təşkil etdiyi mətbuat konfransında bildirib ki, Yəməndə Dayanıqlılıq Fırtınası əməliyyatı başlandığından bu günə qədər 115 uşaq həyatını itirib.

Onun sözlərinə görə, martın 26-dan aprelin 20-ə qədər hücumlarda 172 uşaq isə yaralanıb: "Araşdırmalar davam edir, ölü və yaralıların sayı arta bilər. Yəməndə yüzlərlə uşaq təhlükəli şərtlər altında yaşayır. Uşaqların çoxu bomba və silah səsləri ilə gecələr qorxuyla oyanır".

Uşaq hüquqlarının pozulmasına son verilməsi üçün dərhal hərəkətə keçilməsi çağırışını edən Bulerak, Yəməndə döyüşən tərəfləri da beynəlxalq hüququn tələb etdiyi şəkildə uşaqlara qarşı məsuliyyət daşımağa dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə