Körpü uçdu - onlarla insan xəsarət aldı

Almatıda körpünün uçması nəticəsində onlarla insan xəsarət alıb
Körpü uçdu - onlarla insan xəsarət aldı

Aprelin 24-də yerli vaxtla saat 11-də Qazaxıstanın Almatı şəhərindəki Saina-Rıskulova yol qovşağında tikilməkdə olan körpü uçub. Son məlumata görə, körpünün uçması nəticəsində onlarla insan xəsarət alıb, 19 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan üçünün vəziyyəti ağırdır.

Yerli KİV-lər hadisənin betonqarışdıran maşının körpünün özülünə çırpılması nəticəsində baş verdiyini yazırlar. Hazırda 200-ə qədər insan uçan körpünün qalıqlarını təmizləyir. Dağıntılar altında insanların qaldığı istisna edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə