İŞİD və "Cəbhat ən-Nusra" Suriyaya dair Cenevrədə keçirilən məsləhətləşmələrdə iştirak etməyəcək. Onlarla vasitəçilər sayəsində əlaqə yaradılacaq. İŞİD və "Cəbhat ən-Nusra" qruplaşmaları terror təşkilatları siyahısında yer aldığından onlara məsləhətləşmələrdə iştirak üçün dəvətnamə göndərilməyib.
RİA Novosti informasiya agentliyi xəbər verir ki, bu barədə məlumatı Livanın "Cunhuriyyə" qəzeti BMT-nin nümayəndəsinə istinadən dərc edib.
BMT-nin və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi elçisi Stefan de Misturanın 2012-ci il Cenevrə kommünikesinin yerinə yetirilməsinə dair məsləhətləşmələri mayın 4-də Cenevrədə başlayacaq və bir ay davam edəcək.
BMT-nin məlumatına görə, Suriyada 2011-ci ildən başlayan silahlı münaqişə nəticəsində 220 mindən çox insan həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB