Böyük Brtitaniyada terrorçuluq fəaliyyəti ilə məşğul olmaq ehtimalı ittihamı ilə iki yeniyetmə həbs olunub. SİA xəbər verir ki, bu barədə BBC radiosuna hüquq-mühafizə orqanının əməkdaşı bildirib.
"Onlar hazırda Qərbi Midlend regionunda olan polis məntəqələrinin birində saxlanılırlar" -deyə, informasiyada qeyd olunub. Mənbənin sözlərinə görə, hər iki yeniyetmənin 17 yaşı var və onlar Qərbi Midlend regionunun Koventri şəhərciyinin sakinləridirlər. Yeniyetmələrin Suriya ərazisində fəaliyyət göstərən radikal qruplaşmalarla əlaqədə olduqları ehtimal edilir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB