Qondarma soyqırımı ilə bağlı xəbərdarlıq

Qondarma soyqırımı ilə bağlı xəbərdarlıq

ABŞ Müsəlman Təşkilatları Şurası 1915-ci il hadisələrinin tarixçi və alimlərin o dövrə aid arxiv və sənədləri açaraq dünyaya çatdırılması ilə bağlı açıqlama yayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ Müsəlman Təşkilatları Şurasının yaydığı məlumatda deyilir ki, 1915- ci il hadisələrinin müstəqil tarixçilər tərəfindən lazımı şəkildə araşdırılmadan "soyqırımı" olaraq xarakterizə edilməsi bu hadisələrlə bağlı ədalətli fikrin ortaya qoyulmaması deməkdir. Belə olduğu təqdirdə həqiqətə uyğun olmayan yaddaş yaradılaraq gələcək təhlükəyə atılır. Bununla yanaşı Türklərlə ermənilər arasında uzlaşmanın təmin edilməsi səylərinə də zərər verilir.

Qeyd edək ki, ABŞ-da müsəlman qeyri-hökumət təşkilatlarının başında duran Müsəlman Təşkilatları Şurası, 1915-ci il hadisələrinin il dönümü ilə bağlı olaraq qəbul edilən qərarı yazılı olaraq təqdim edib. Şura ermənilərin də aralarında olduğu 30-dan çox millətlərə təsir etmə gücü var. Şuranın yaydığı məlumatda belə deyilir: "Ermənilərin başına gələn faciəylə bağlı dini və siyasi liderlərin açıqlamaları balanslı olmalıdır. Eyni zamanda da türklərin və müsəlmanların ağrıları da gündəmə gətirilməlidir. Bu baxımdan 1915-ci il hadisələri tarixçilər tərəfindən araşdırılmadan "soyqırım" olaraq xarakterizə edilməsi sadəcə bu hadisələrlə bağlı yalan yaddaşın formalaşdırmayacaq. Eyni zamanda türklərlə ermənilər arasında uzlaşmanın təmin edilməsi səylərinə da zərər verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə