Şimali Kipr Türk Respublikasında keçirilən prezidenti seçkilərində namizədlərin heç biri lazımi səsi toplamadığına görə, seçkilərin nəticəsi ikinci tura qalıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Şimali Kipr Türk Respublikasının Mərkəzi Seçki Komissiyasının sədri Şəfəq Önəri heç bir namizədin 50 faizdən çox səs ala bilmədiyini və buna görə də, ikinci turun keçiriləcəyini ifadə edib. Önəri Seçki Komissiyasının binasında təşkil etdiyi mətbuat konfransında bunları deyib: "Ölkədə 693 sandıq qurulub, bunlardan 658-i açılıb. Səslərin qalan hissəsi seçkiyə ciddi təsir etməyəcək".
Prezidentliyə namizədlərdən olan Dərviş Əroğlu Lefkoşadakı seçki məntəqəsinin qarşısında seçicilərə xitab edib. Bundan başqa, Kiprin Yunanıstanla müzakirə prosesində iki ildə əhəmiyyətli nailiyyətlər əldə etdiklərini bildirib: "Seçkilərdən qalib çıxacaq namizədin Yunanıstan tərəfi ilə iki ildir aparılan müzakirələri davam etdirməsi olduqca əhəmiyyətlidir. Ümid edirəm ki, ikinci turda seçicilər daha aktiv şəkildə səsvermədə iştirak edəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB