İran Yəməndə baş verən silahlı qarşıdurmanın qarşısını almaq üçün bu istiqamətdə hazırladığı planı BMT-yə təqdim edib. SİA-nın məlumatına görə, bu barədə "Rossiya 24" kanalı xəbər yayıb. Plan dörd maddədən ibarətdir. Birinci maddədə atəşkəs rejiminin əldə olunması vacibliyi qeyd olunub. İkinci maddədə isə yaranmış vəziyyətdən əziyyət çəkən insanlar üçün humanitar dəhlizin açılması göstərilib. Daha sonra qarşıdurmada iştirak edən bütün tərəflər arasında millətlərarası dialoqun bərpası təklif edilir. Sonuncu-dördüncü maddədə isə "milli birlik inklüziv hakimiyyəti"nin formalaşdırılması barədə fikirlər yer alıb.
Llakin BMT-nin baş katibi tərəfindən İranın irəli sürdüyü təklifə hələ ki, cavab verilməyib.
Bu aradaYəməndə Səudiyyə Ərəbistanı başda olmaqla bir neçə ərəb ölkələrinin birləşdiyi koalisiya qüvvələri şiə qiyamçılarına qarşı aviazərbələrini davam etdirməkdədirlər. Aviazərbələr xüsusilə şiə hüsuilərin yerləşdikləri Səna Ədən və Təiz şəhərlərinə endirilir. Bombardmanlar nəticəsində 150 min insanın evi dağıdılıb, 750 dinc sakin isə həlak olub.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB