Yerevanda etiraz yürüşü AKSİYA

Siyasi məhbusların azadlığa buraxılması tələb olundu
Yerevanda etiraz yürüşü AKSİYA

Dünən Ermənistanın müxalifətyönlü "Parlament təsisatı" hərəkatının həbs olunmuş üzvlərinin azad olunması tələbi ilə paytaxt Yerevanda etiraz yürüş-mitinqi keçirilib. SİA nbu barədə "Azadlıq" radiosunun Yerevan bürosuna istinadən xəbər verir.

Məlumata görə, etirazçılar hakimiyyətə qarşı bir sıra tələblər irəli sürüblər. Aksiya iştirakçıları ölkədə insan hüquqlarının pozulduğunu deyərək, əllərində fəal hərəkat üzvü Jirayr Səfilyanın və digər həbs olunan tərəfdarlarının – Şant Arutunyanın, Volodi Avetisyanın, Gevorq Səfəryanın, Varujan Avetisyanın, Pavel Manukyanın, eləcə də hərəkat rəhbəri Qaregin Çukazsyanın dərhal azadlığa buraxılmalarını istəyiblər. Həbs olunanlar kütləvi pozuculuq əməllərində və dələduzluqda ittiham olunaraq, hər biri 6 il iş alıblar.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə