Əfqanıstanın Şərqində böyük masştablı terror hadisəsi baş verib. SİA-nın "reuters"a istinadən verdiyi məlumata görə, qanlı hadisə dövlət qulluqçularının bankların birində məvaciblərini alarkən törədilib. Nəticədə 33 nəfər ölüb və yüzlərlə yaralının olduğu bildirilir. Polis eyni zamanda ikinci partlayış barədə verilən xəbəri də araşdırmağa başlayıb. Həmin xəbərdə isə bildirilir ki, birinci partlayışdan sonra insanlar ətrafa qaçmağa başlayıblar bu zaman ikinci partlayış da baş verib.
Terror aktı Nənqərhar vilayətinin Cəlilabad şəhərində baş tutub. Polis şefi Fazil Əhməd Şirzad hadisə ilə bağlı deyib ki, motosiklet idarə edən terrorçu "New Kabul Bank" bankının buraxılış-keçid məntəqəsinə yaxınlaşan kimi özünü partladıb. Digər məlumata görə isə qanlı hadisəni törədən şəxs ora velosiped vasitəsilə daxil ola bilib.
Bu gün səhər saatlarında isə daha bir partlayış törədilib. Hadisə bir məscid yaxınlığında yerləşən informasiya və mədəniyyət deportamenti yaxınlığında baş verib. Xoşbəxtlikdən bu dəfəki hadisədə ölən və yaralanan olmayıb.
İlk terror hadisəsindən sonra isə təcili tibbi yardım maşınlarının çatışmazlığı müşahidə edilib. Skinlər yaralıları fərdi minik avtomobilləri ilə xəstəxanalara çatdırıblar. Səhiyyə departamenti isə əhaliyə qan qıtlığının olduğunu deyib və sakinləri qan verməyə çağırıb.
Qeyd edək ki, heç bir terror qruplaşması bu hadisəni öz üzərinə götürməyib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB