Ermənistan ordusunda insident ölən və yaralananlar var

Ermənistan ordusunda insident ölən və yaralananlar var

Ermənistanın Spitak-Yerevan avtotrassının 19-cu kilometrində hərbi qulluqçuları daşıyan "Ural" markalı yük maşını aşıb. SİA-nın Ermənistanın Müdafiə Nazirliyinin rəsmi məlumatına istinadən verdiyi xəbərə görə, dünən axşam saatlarında yaşanan insident yük avtomobilinin yodan çıxaraq, dərəyə uçması ilə nəticələnib. Avtomobilin yanında olan hərbi qulluqçulardan üç nəfəri ağır xəsarətlər alaraq, xəstəxanaya yerləşdirilib. Onlardan biri aldığı xəsarətlər nəticəsində həlak olub.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə