Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək "AK Parti", "CHP" və "MHP" partiyaları ilə birlikdə təşkil etdiyi mətbuat konfransında Avropa Parlamentinin qərarını qınayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, TBMM sədri Cəmil Çiçək Avropa Parlamenti Baş Məclisinin 1915-ci il qondarma "erməni sıyqırımı" ilə bağlı aprelin 15-də qəbul etdiyi qərarın qərəzli bir plan olduğunu ifadə edib. O, həmçinin bunları vurğulayıb: "Osmanlı İmperiyasının həmin dövründə bütün xalqlar ciddi əziyyət çəkib, lakin ermənilər bundan istifadə edərək soyqırımının törədildiyini iddia edir. Avropa Parlamenti isə separatçı və tək tərəfli yanaşma sərgilədiyini bir daha ortaya qoydu. Birinci Dünya müharibəsi illərində Anadoludakı bütün xalqlar əziyyət çəkib. Lakin Avropa Parlamenti yalnız ermənilərin ağrılarını yüksəldərək bu xoşagəlməz qərarı verib. Bu qərarın qəbulu mümkün deyil və biz bu hökmə veto qoyuruq. Parlamentin özünü tarixçilərin və beynəlxalq məhkəmələrin yerinə qoyaraq tarix yazması və soyqırımı kimi çox ciddi bir cinayət haqqında hökm verməsi, həm insan haqlarını, həm ədaləti, həm də tarix və hüququ heçə sayması deməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB