Avtobus partladı: 2 ölü, 3 yaralı

Avtobus partladı: 2 ölü, 3 yaralı

Misirdə avtobusun partlaması nəticəsində Hərbi Akademiyanın 2 tələbəsi həlak olub. Bu haqda məlumatı Reuters agentliyi yayıb.

Hadisə Kafr əl-Şayk şəhər stadionunun yaxınlığında qeydə alınıb. Avtobus dayanan kimi partlayış baş verib.

Faciədə 3 tələbənin də yaralandığı deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə