İsrailin Rusiya ilə münasibətləri korlanır SİYASİ BÖHRAN

Rəsmi Moskva: “İrana qarşı sanksiyaların irəli sürülməsi yolverilməzdir”
İsrailin Rusiya ilə münasibətləri korlanır SİYASİ BÖHRAN

İsrailin beynəlxalq strateji və kəşfiyyat məsələləri üzrə naziri Yuval Ştaynits rəsmi Moskvanı ittiham edən bəyanat verib. SİA-nın məlumatına görə, israilli nazir Rusiyanı sərt şəkildə qınayaraq bildirib ki, rəsmi Moskva hələ də İranı S-300 raketləri ilə təmin etməkdə davam edir. Hansı ki, İrana silah təchizatının dayandırılması barədə qərar verilib. Lakin Rusiya bu qərardan imtina edib.

Ştaynitsin sözlərinə görə, rusiyanın həmin qərardan imtina etməsu sübut edir ki, əgər rəsmi Tehranın üzərindən beynəlxalq sanksiyalar qaldırılarsa, İranın iqtisadi artımı gələcəkdə ölkənin silahlandırılması üçün geniş şərait yaradacaq və bu amil heç də xalqın rifahı üçün istifadə olunmayacaq.

Xatırladaq ki, Rusiyanın prezidenti Vladimir Putin həftənin bazar ertəsi İranı S-300 raketləri ilə təchiz etməsi ilə bağlı daha öncə qoyulan qadağanın aradan qaldırılması üçün fərman imzalayıb.

Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bildirib ki, Rusiya İrana göndərilən S-300 raket sistemlərinin qadağasını aradan qaldıran qərar qəbul edib.

Onun müavini Sergey Ryabkov da öz bəyanatında deyib ki, rəsmi Moskva İrana qarşı qoyulan silah embarqosunun aradan qaldırılmasını tələb edir. Belə ki, İrana qarşı sanksiyaların irəli sürülməsi yolverilməzdir.

Onu da bildirək ki, bir müddət əvvəl İranla bağlı yaranmış vəziyyətdə İasrail ilə ABŞ münasibətlərində də soyuqluq yaşanmışdı. (ria.novosti)

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə