Papa Fransisin erməni iddiaları ilə bağlı sözlərinin ardından müşavirə üçün geri çağrılan Türkiyənin Vatikandakı səfiri Mehmet Paçacı artıq İstanbula gəlib. Türkiyənin Vatikan Səfiri Paçacı, Romadan havalanan təyyarə ilə gecə saatlarında Atatürk Havalımanına enib. VİP salonunun gözləmə kamerasına keçən Paçacı buradan Ankaraya uçub.
Qeyd edək ki, uydurma "erməni soyqırımı" məsələsinin 100-cü ildönümünə ciddi hazırlaşan erməni tərəfi dünyadakı ikili standartlardan istifadə etməklə Türkiyəyə qarşı əsassız iddialarını gerçəkləşdirməkdə israrlıdır. Roma papası Fransis 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin qətlə yetirilməsi haqda danışarkən "soyqırımı" kəlməsi işlədib. Belə ki, Papa Fransisin erməni iddiaları ilə bağlı sözlərinin ardından səfir müşavirə üçün Türkiyəyə çağrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB