Hillari Klinton namizədliyini açıqladı

Hillari Klinton namizədliyini açıqladı

ABŞ-da 2016- cı il prezident seçkiləri öncəsi sabiq xarici işlər naziri Hillari Klinton namizədliyini irəli sürüb. SİA-nın məlumatına görə, Prezident Barak Obamanın hakimiyyətinin ikinci dövründə xarici işlər naziri vəzifəsindən istefa verən Klintonun elə həmin vaxtdan prezidentliyə iddialı olduğu bilinirdi. Klinton namizədliyini bir kampaniya videosu ilə rəsmən açıqlayıb. "Amerikalıların bir çempiona ehtiyacı var, mən o çempion olmaq istəyirəm" deyən Klinton prezidentlik postuna nə qədər iddialı olduğunu sübut edib.

ABŞ vətəndaşlarının iqtisadi çətinliklərdən çıxmaq üçün böyük mübarizə apardığını bildirən Klinton hələ də ölkənin iqtisadi vəziyyətinin normal olmadığını dilə gətirib.

Qeyd edək ki, seçilməsi halında ABŞ-ın ilk qadın prezidenti olacaq Hillari Klinton, 2008-ci il seçkilərində də prezidentliyə namizədliyini irəli sürmüş, lakin həmin seçkilərdə Barak Obamaya məğlub olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə