Konqresin ətrafında silah səsləri eşidilib

Konqresin ətrafında silah səsləri eşidilib

ABŞ-da Konqres binası qarşısında bir nəfər intihar etməyə cəhd göstərib. SİA-nın məlumatına görə, ABŞ polisi silah səsinin eşidilməsinin ardından Konqresin ətrafını və bəzi yolları bağlayıb və ərazidə şübhəli paket olub olmadığını araşdırıb.

ABŞ Konqresinin polis rəisi Kimberly Schneider silahdan istifadə edən şəxsin təsirsiz hala gətirildiyini bildirib. İntihara cəhd edən şəxsin kimliyi barədə dəqiq məlumat verilməməklə yanaşı onun həyatda qalıb-qalmaması da bilinmir.

Bütün xəbərlər Facebook səhifəmizdə