Pakistanda qanlı basqın: 20 ölü

Pakistanda qanlı basqın: 20 ölü

Pakistanın qərbindəki Bəlucistan əyalətində bir inşaatda çalışan işçilərin qaldıqlara çadırlara təşkil edilən silahlı hücum nəticəsində ilkin məlumatlara görə 20 fəhlə həyatını itirib. SİA-nın məlumatına görə, hücum nəticəsində 20 nəfər həyatını itirib, 3 nəfər isə ağır yaralanıb.

Hücuma görə məsuliyyəti Bəluc yaraqlıları öz üzərinə götürüb. Qeyd edək ki, təşkil edilən basqından sonra ətraf bölgələrdə təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisə ilə əlaqədar istintaq aparılır.

Pakistan baş naziri Nəvaz Şərif isə hücumu şiddətlə qınayaraq həyatını itirən fəhlələrin ailələrinə başsağlığı verib. Baş nazir səlahiyyətli şəxslərdən hücumu törədən cinayətkarların tez bir müddətdə tapılmasını tələb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə