Elman Məmmədov: “Xocalıdan olan uşaqların səsi beynəlxalq aləmə çatdırılacaq” AÇIQLAMA
"Xocalıdan olan hər iki valideyinini itirən bir qrup uşaq "İstanbul Ticarət Odası"nın dəvət ilə İstanbula gedəcək". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib. Millət vəkili xatırladıb ki, Xocalıdan olan hər iki valideynini itirmiş uşaqların İstanbula səfəri bundan əvvəl də baş tutub: "Xocalıdan olan hər iki valideynini itirmiş uşaqlar əvvəllki illərdə də "Qala qələbəsi" ərəfəsində İstanbulda olublar. "Qala qələbəsi" ərəfəsində Türkiyədə, İstanbulda çoxsaylı müxtəlif səpkidə tədbirlər keçiriləcək. Bu tədbirlərdə İstanbuldan olan media nümayəndələri, bir çox xarici səfirliklərin nümayəndələri iştirak edəcəklər. Burada məqsəd həmin uşaqları Azərbaycandan kənarda geniş bir auditoriyaya çıxarıb, həmin auditoriya vasitəsilə uşaqların problemləri, başlarına gətirilən müsibətləri, onların yetimqalma səbəblərini, kimlər necə törədib bütün dünyaya, beynəlxalq aləmə bəyan etməkdir".
E. Məmmədov deyib ki, Türkiyəni qondarma "erməni soyqırımı"da günahlandıran ermənilərin sərsəm iddialarına qarşı biz bu uşaqları aparıb, onların yaşadıqları acıları beynəlxalq aləmə, beynəlxalq mətbuat səhifələrinə çıxaracağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB