Putin 260 min nəfəri əfv edir

Rusiya Federasiyası (RF) Prezidenti Vladimir Putin Sovet İttifaqının nasist Almaniyası üzərində qazandığı qələbənin 70 illiyi əlaqədar olaraq 260 min məhbusa əfv elan edilməsini tələb edib. SİA-nın xarici mediaya istinadən verdiyi xəbərə görə, Vladimir Putin Rusiya Dövlət Dumasında bu tələblə çıxış edib.

Qəbul olunacaq qərara əsasən əfv fərmanından qatı cinayətkarlar yararlana bilməyəcək. Putinin əfvlə bağlı tələbi ölkə parlamentində müzakirə edildikdən sonra qəbul oluna bilər.

Qeyd edək ki, Rusiyada ən son əfv fərmanı, ölkə konstitusiyanın 20 illiyi ilə əlaqədar olaraq 18 Dekabr 2013-cü ildə imzalanmışdı. Həmin vaxt əfv fərmanından təxminən 70 min nəfər yararlanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə