Ermənistanda iqtisadi tənəzzülün fonunda siyasi gərginlik də artır. İrəvanda bu dəfə həbs olunan müxalifətçilərin azadlığa buraxılması tələbi ilə etiraz aksiyası keçirilib. Etirazçılar aprelin 24-də geniş mitinqlərin baş tutacağını bəyan ediblər. Hərbçi anaları da yenidən ayağa qalxıb.
İrəvanda etiraz aksiyaları yenidən qızışdı.
Ermənistanın "Təsisedici parlament" təşkilatının üzvlərinin həbsinə etiraz olaraq bu gün İrəvanda aksiyalar keçirilib.
Ermənistan mətbuatının yaydığı xəbərlərə görə, aksiyada iştirak edənlər həbslər üçün heç bir səbəbin olmadığını bildirib, həbs olunanlara azadlıq tələb ediblər. Bundan başqa hakimiyyətin fərqli fikirdə olanlardan qorxduğunu diqqətə çatdırıblar. Bəyan edilib ki, "Təsisedici parlament"in 24 apreldə keçirmək istədiyi aksiya qüvvədə qalır.
Ermənistan xüsusi istintaq komitəsi həbs olunanları aprelin 24-də qondarma erməni soyqırımının ildönümü ilə əlaqədar planlaşdırılan tədbirlərdə iğtişaş törətməyi planlaşdırmaqda günahlandırır. Saxlanılanlar silah, döyüş sursatları və partlayıcı maddələrin qanunsuz saxlanılmasında da ittiham edilir.
İrəvanda etirazlar bununla yekunlaşmayıb.Qeyri-döyüş şəraitində həlak olan erməni əsgərlərinin anaları da aetiraz aksiyası keçiriblər.Əsgər anaları Ermənistan parlamenti qarşısında toplaşaraq Baş prokuror Hevorq Kostanyanın burada illik hesabat verməsi tələb ediblər. Əsgər anaları Baş prokurorun onların övladları barədə açılmamış cinayət işlərinin necə izah edəcəyini və deputatların orduda cinayət halları ilə bağlı məsələni qaldırıb-qaldırmayacaqlarını öyrənmək istəyirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB