ABŞ polisi silahsız vətəndaşa 8 güllə vurub Səs TV

ABŞ polisi silahsız vətəndaşa 8 güllə vurub Səs TV

ABŞ-da qaradərili vətəndaşa qarşı növbəti polis vəhşiliyi qeydə alınıb. Hadisə Cənubi Karolina ştatının Noterçarlston şəhərində baş verib. Polis əməkdaşı Maykl Sleycr avtomobili saxlayaraq sürücüdən maşından düşməyi tələb edib. Daha sonra qaradərili sürücü ilə polis arasında mübahisə yaranıb. Bilinməyən səbəbdən sürücü qaçmağa başlayıb. Üzərində və ya əlində heç bir silah olmayan vətəndaşın arxasınca polis atəş açmağa başlayıb. Maraqlısı odur ki, polis vətəndaşa xəbərdarlıq atəş açmayıb və atılan 8 güllə birbaşa qaradərili vətəndaşa tuşlanıb və o, ağı yaralanıb. Dəhşətlisi odur ki, polis əməkdaşı yaralıya kömək etmək məqsədilə təcili tibbi yardım çağırmaq əvəzinə onun qollarına qandal vurub. 50 yaşlı vətəndaş aldığı güllə yaralarından elə yerindəcə keçinib.

Bu hadisədən xeyli müddət ötməsinə baxmayaraq vətəndaşı öldürən polis əməkdaşı Maykl Sleycr haqqında heç bir tədbir görülməyib. Yalnız hadisəni əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra təhlükəsizlik qüvvələri işə qarışıblar. Hazırda sözügedən olayla bağlı cinayət işi başladılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə