ABŞ-da təyyarə qəzası 5 nəfər həlak olub

ABŞ-da təyyarə qəzası 5 nəfər həlak olub

ABŞ-ın İllinoys ştatında Cessna 414 tipli yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub. RİA Novosti informasiya agentliyi xəbər verir ki, aprelin 7-də yerli vaxtla gecə yarısından sonra kiçik sərnişin təyyarəsi Bluminqton şəhərinin hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəzanın səbəbləri barədə hələlik rəsmi məlumat yoxdur. Həlak olanlardan birinin qohumunun dediyinə görə təyyarəni təcrübəli pilot idarə edirmiş.

Qeyd edək ki, eyni zamanda 8 sərnişin daşıya bilən Cessna 414 tipli yüngül mühərrikli təyyarə 1968-ci ildə istifadəyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə