Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İrana bir günlük rəsmi səfəri çərçivəsində İran İslam Respublikasının Prezidenti Həsən Ruhani tərəfindən hərbi paradla qarşılanıb. SİA-nın məlumatına görə, mərasim zamanı Ruhani ilə Ərdoğan bir müddət əl-ələ tutaraq irəliləyiblər.
Atlı əsgərlərin mühafizəsi altında saraya daxil olan Ərdoğanı mərasimin keçirildiyi ərazidə İran İslam Respublikasının Prezidenti Həsən Ruhani qarşılayıb.
Türkiyədən prezident səviyyəsində dörd il aradan sonra reallaşan səfərdə prezidenti Ərdoğanı xarici işlər naziri Mevlüt Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekci, nerji və təbii qaynaqlar naziri Taner Yıldız, gömrük və ticarət naziri Nurettin Canikli, inkişaf naziri Cevdet Yılmaz, mədəniyyət və turizm naziri Ömər Çelik müşayiət ediblər.
Qeyd edək ki, Ərdoğan və Ruhani ikitərəfli danışıqların ardından Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ikinci yığıncağına rəhbərlik edəcəklər. Müqavilələrin imzalanamasının ardından isə iki prezident ortaq mətbuat konfransı təşkil edəcək.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB