Ərdoğan İrana getdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana rəsmi səfərə yola düşüb. SİA bu barədə türkiyə mətbuatına istinadən xəbər verir. Nümayəndə heyətinə xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybəkçi, gömrük və ticarət naziri Nurəddin Canikli, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, mədəniyyət və turizm naziri Ömər Çelik və inkişaf naziri Cövdət Yılmaz daxildir.

R. T. Ərdoğanın İran prezidenti Həsən Ruhani, ali dini lider ayətullah Əli Xamneyi və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub. Görüşlərdə əsas müzakirə mövzuları ikitərəfli əlaqələr və regional problemlər, o cümlədən Yəməndə yaranmış vəziyyət olacaq. Səfər zamanı Yüksək Səviyyəli Türkiyə-İran Əməkdaşlıq Şurasının toplantısı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə