Türkiyədə Twitter və Youtube-a qadağa

Türkiyə sosial şəbəkələrə girişi qadağan etdi
Türkiyədə Twitter və Youtube-a qadağa

Türkiyədə Facebook, Twitter və Youtube sosial şəbəkələrə daxil olmaq çətinləşib. Bununla bağlı hələlik heç bir açıqlama verilməyib. Son anda alınan xəbərə görə, Facebook-a qoyulan qadağa artıq aradan qaldırılıb, ancaq bunu Twitter və Youtube üçün demək çətindir.

Aprelin 3-də Prokurorluq tərəfindən verilən qərar bu gün icra edilib. Qərarın prokuror Mehmet Səlim Kirazın iki DHKP-C üzvü tərəfindən girov götürülüb öldürülməsi ilə bağlı olduğu deyilir.

Qərara əsasən Facebook, Twitter və Youtube-da yayımlanan 166 yazı çıxarılmalıdır. Facebook artıq bu qərarı icra edib.

Mövzu ilə bağlı Prezident Aparatının sözçüsü İbrahim Kalın bunları deyib: "Prokurorluqdan gələn tələbdən yeni xəbərim oldu. Bu, şəhid edilən prokurorun görüntülərinin sosial mediada yayılması ilə bağlı bir məsələdir. Bir sıra media qrupları bu fotoları yenidən yaymaqla sanki terror təşkilatının təbliğatını aparırlar. Bu, yolverilməzdir. Guya o şəkli bölüşəndə əlinizə nə keçəcəkdi? Prezidentimiz, baş nazirimiz lazımi xəbərdarlıqlarını edib. Bunun cavabı veriləcək. Anladığım qədər bu, prokurorluqdan gələn tələb idi. Mətbuat orqanları üzərinə düşən məsuliyyəti yerinə yetirsə, o fotoşəkil gündəmimizdə olmayacaqdı".

Bütün xəbərlər Facebook səhifəmizdə