Bosniyada Papa üçün stul

Bosniya və Herseqovinanın katolik kilsəsi Papa Fransiskin iyun ayında bu ölkəyə səfəri zamanı istifadə etməsii üçün nəzərdə tutulan stulun hazırlanmasını müsəlman ailəsinə həvalə edib.

Xəbər verilir ki, Bosniya ənənələrinə əsasən bu ölkəyə səfərə edən hər bir Papa üçün yeni stul hazirlanır. Lakin bunun üçün ilk dəfədir ki, müsəlman usta seçilir.

Qeyd edək ki, Hajderovaç ailəsi taxtadan gündəlik istifadə edilən əşyaların, o cümlədən müsəlman və xristianların dini rəmzlərinin hazırlanması ilə məşğuldur.

Bütün xəbərlər Facebook səhifəmizdə