ABŞ-da etnik münaqişəyə cavab

ABŞ-da etnik münaqişəyə cavab

ABŞ-ın İndiana Ştatında qaradərililər ağdərili ailəyə hücum edib. SİA-nın "Wish-TV channel"a istinadən verdiyi xəbərə görə, 3 nəfər qaradərili İndiana Ştatında ailəyə amansızcasına hücum edib. Ailənin 5 nəfər üzvü güllələnib. Belə ki, həmin vaxt ailədə 2 nəfər qadın və 3 uşaq olub. Uşaqlar isə 4- 6 yaş arasındadır. Məlumat üçün bildirək ki, silahlı hücumdan sonra yaralanan ailə üzvlərinin hamısı xəstəxanaya yerləşdirilib və vəziyyətləri ağırdır.

Qeyd edək ki, yerli polisin hadisə yerində apardığı tədqiqatlardan sonra məlum olub ki, hadisəni törədən həmin 3 nəfər qaradərili heç bir səbəb olmadan ailəni hədəf seçiblər. Yeganə səbəb kimi isə hücumun amerikan polisinin qaradərililərə yönəlik qəddarlığına cavab olaraq törədildiyi irəli sürülür.

Bütün xəbərlər Facebook səhifəmizdə