Hatra şəhəri artıq yoxdur VƏHŞİLİK

"İslam Dövləti" daha bir tarixi abidəni alt-üst etdi
Hatra şəhəri artıq yoxdur VƏHŞİLİK

"İslam Dövləti" terror qruplaşması İrqada yerləşən və tarixi zənginliyi ilə məşhur olan qədim parfian şəhəri Hatranı altını-üstünə çevirərək yerlə-bir edib. SİA assoşeyted press agentliyinə istinadən xəbər verir ki, silahlılar tarixi abidələri, heykəlləri, qədim şəhərin tarixi qalıqlarını külünglər və artilleriya silahları vasitəsi ilə məhv ediblər. Bundan sonra isə bütün bunların İslam dininə zidd olduğunu "əsas" gətirərək, buldozerlərlə adıçəkilən şəhəri düzləyiblər.

Qeyd edək ki, "İslam Dövləti" bundan öncə Suriyada da eyni əməlləri törətməklə yanaşı, hətta İslam dininə aid olan, lakin vəhhabilikdə qəbul edilməyən müqəddəs ocaqları da dağıdaraq məhv ediblər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə