Kanadanın hərbi hava qüvvələri Suriyada "İŞİD" (İndiki adı "İslam Dövləti") terror təşkilatı tərəfindən tutulan əraziləri yaxın günlərdə bombalayacaq. SİA xəbər verir ki, bu barədə "itar-tass" Kanadanın xəbər agentliklərinə istinadən məlumat yayıb. Belə ki, Kanadanın birləşmiş hərbi operativ qrupunun komandanı, eneral Daniel Kontsteblin bildirdiyinə görə, onun ölkəsi ilə digər koalisiya ölkələri arasında sözügedən missiyanın həyata keçirilməsi istiqamətində müzakirələr aparılmaqdadır: "Kanada qırıcıları uçuşlarını çox yaxın zamanlarda başladacaqlar".
General onu da bildirib ki, son 10 gündə Kanada hərbi hava qüvvələrinə məxsus qırıcılar İraqda keçirilən bir neçə əməliyyatlarda iştirak ediblər. Lakin ABŞ komandanlığının qərarına görə, Kanadanın hərbi aviasiyası İraq həbrçilərinin Tikrit şəhərinə hücumları zamanı onlara havadan dəstək verməyib.
Qeyd olunur ki, hələ həftənin bazar ertəsi günü Kanada parlamenti "İD" ilə mübarizə və koalisiya qüvvələrinə dəstəyi üçün qəbul olunmuş qərarın vaxtını uzadıb. Bununla da məlum olub ki, daha öncə qəbul olunmuş 6 aylıq missiyanın vaxtı 12 aya qədər uzadılıb və 2016-cı ilin martına qədər davam edəcək. Yersüstü əməliyyatlar barədə isə ümumiyyətlə heç bir qərar qəbul edilməyib. Artıq Yaxın Şərqdəki hərbi əməliyyatlarda iştirak etmək üçün oraya 600 nəfərədək hərbi qulluqçu göndərilib. Bundan əlavə, əməliyyatlarda 70 nəfər kanadalı hərbi məsləhətçi iştirak edir. Onlar iraqlı və kürd hərbi rəsilərinə hərbi məsləhətlər verməkdədirlər. Kanada hərbi kontingentinin mənzil qərargahının Küveytdə olduğu bildirilir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB