Keniyanın Qariss şəhərində yerləşən universitetin tələbə yataqxanasında kütləvi terror hadisəsi törədilib. SİA xəbər verir ki, bu barədə Keniyanın qəzaların aradan qaldırılması üzrə mərkəzinin rəsmi "twitter" səhifəsində məlumat verilib. İlkin məlumata görə, terror hadisəsi nəticəsində 147 nəfər öldürülüb, 79 nəfər isə yaralanıb.
Terror aksiyası baş verdikdən sonra, terrorçulara qarşı xüsusi əməliyyat düzənlənib və dörd nəfər qatil öldürülüb. Binadan 587 nəfər insanın təxliyyə olduğu da xəbərlər sırasındadır.
Qeyd edək ki, universitet yataqxanasına hücum dünən səhər saatlarında baş verib. Belə ki, "Əş-Şəbəb" radikal İslam terrorçu qruplaşmasının üzvləri Somalidən 150 km aralıda yerləşən və Keniyada fəaliyyət göstərən "Garissa University Collece" tələbə yataqxanasına daxil olarkən, bunada ən azı 400 tələbə olub. Tələbələrdən təqribən 70 nəfəri hadisə yerindən qaçmağa müvəffəq olub. O da bildirilir ki, terrorçular müsəlmanlarla qeyri-müsəlmanları ayırıblar.
Yerli polis isə mətbuata bildirib ki, terror aksiyasını Keniya vətəndaşı, keçmiş müəllim və məktəb direktoru Məhəmməd Kuno təşkil edib. O, eyni zamanda Şeyx Məhəmməd, Dulyaddin və Həmadərə ləqəbləri ilə tanınır. Onun tapılaraq, məhkəmə qarşısına çıxaran şəxsə, ya da şəxslərə 55 min ABŞ dolları vəd olunub.
Bildirilir ki, ötən ilin dekabr ayından başlayaraq, Kuno hüquq-mühafizə orqanlarının axtarış tədbirlərindən gizlənir. Hesab olunur ki, o, "Əş-Şəbəb" terror qruplaşmasında Keniya üzrə məsuliyyət daşıyır və ölkənin şimalında terror aksiyaların törədilməsi planlarını hazırlayır.
Xatırladaq ki, 2004-cü ildə yaradılan "Əş-Şəbəb" "İslam Şəriət Məhkəməsi İttifaqı" təşkilatının bir qolu kimi tanınır. Qruplaşmanın əsas hədəfi cihad yolu ilə şəriət qaydalarının icrasına nail olmaqdır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB