Pərviz Müşərrəfin həbsinə order veriildi

Pərviz Müşərrəfin həbsinə order veriildi

İslamabad şəhər məhkəməsi Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfin həbsinə order verib. Pərviz Müşərrəf 2007-ci ildə Pakistandakı iğtişaşlar zamanı ölkədə fövqəladə vəziyyət elan etməkdə, konstitusiyanın fəaliyyətini dayandırmaqda, Ali Məhkəmənin üzvlərinin tutulmasına əmr verməkdə günahlandırılır. O, həmçinin həmin ilin iyul ayında hökumət qüvvələrinin Qırmızı məscidə hücumu zamanı məscidin başçısı Abdul Rəşid Qazi, onun xanımı və anasının ölümündə ittiham olunur.

Xatırladırıq ki, məscidə hücum zamanı 100-ə yaxın adam həlak olmuşdu ki, onların da çoxu tələbələr idi.

Məhkəmə Pərviz Müşərrəfə bundan sonra siyasi vəzifə tutmağı da qadağan edib. Eks-prezidentin günahı sübuta yetirilsə, onu ölüm hökmü və ya ömürlük həbs cəzası gözləyir. Bu iş üzrə növbəti dinləmələr aprelin 27-də keçiriləcək.

Xatırladırıq ki, Pərviz Müşərrəf 2001-2008-ci illərdə Pakistanın prezidenti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə