Amerika Birləşmiş Ştatlarında 2015-ci il başlayandan bu günə qədər 292 insan polis tərəfindən öldürülüb. SİA-nın məlumatına görə, yalnız mart ayında polis şiddətindən ölənlərin sayı 111 nəfərdir. Qurbanların əksəriyyətinin ölüm səbəbi isə qaradərili olmasıdır. ABŞ da polislərin qaradərililərə qarşı sərt davranışları yenə uzun müddətdir ki, gündəmdədir. Bu gün yenə iki ağ dərili Amerika polisi qaradərili vətəndaşı həbs edərkən döyərək öldürüb. Belə ki, hadisə şahidlərinin sözlərinə görə Filip Vayt hətta huşunu itirdikdən sonra da polis onu döyməkdə davam edib. Polis qaradərili vətəndaşın huşsuz vəziyyətdə olmasına baxmayaraq, itin ona hücum etməsinə və dişləməsinə mane olmayıb. Dəhşətlisi də odur ki, bütün bunlar baş verən zaman Vayt əlləri qandallanmış və köməksiz vəziyyətdə olub. Hal-hazırda faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB