Rusiyada balıqçı gəmisi batdı

Rusiyada balıqçı gəmisi batdı

Rusiyada balıqçı gəmisi batıb və nəticədə gəmidə olan 54 balıqçı həyatını itirib. SİA-nın xarici mediaya istinadən verdiyi xəbərə görə, içərisində 132 nəfərin olduğu gəmi, Kamçatka yaxınlarında Oxot dənizində batıb. İlkin məlumatlara görə 63 nəfəri xilas etmək mümkün olsa da, 54 nəfərin boğularaq ölüb. Hazırda 25 xilasedici gəmi itkin düşən 15 nəfərin axtarışı ilə məşğuldur. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu, donma təhlükəsi yaşayanların isə helikopterlərlə bölgədəki xəstəxanalara aparıldığı bildirilib.

"Petropavlovsk-Kamçatski" limanı idarəsinin rəisi Artur Rets, bölgədə axtarış işlərini davam etdirdiklərini bildirib. Onun sözlərinə görə xilasetmə əmliyyatlarında 25 gəmi ilə yanaşı helikopterlər də cəlb olunub.

26 gəmiyə əlavə olaraq qurtarma vertolyotları itən 15 adamı axtarmaq üçün bölgədə böyük bir tarama edir.
Qeyd edək ki, gəmidə 78 nəfər Rusiya vətəndaşı ilə yanaşı Ukrayna, Belarusiya, Latviya vətəndaşları da olub. Qəza zamanı dənizdə dalğalarən hündürlüyünün 1.5 metr olduğu məlum olsa da, hadisəyə dəqiq olaraq nəyin səbəb olduğu qeyri-müyyən olaraq qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə