Taylandda iş adamı, Kral Bhumibol Adulyadeji təhqir etməsi səbəbilə 50 il həbs cəzası alıb. SİA-nın xarici mediaya istinadən verdiyi məlumata görə, Thiansutham adlı iş adamı günahını qəbul etdiyi üçün cəzası yarıya endirilib.
Tayland mediasının yaydığı məlumata görə, 58 yaşındakı Thiansutham, sosial şəbəkdə fərqli bir adla açdığı saxta hesabdan kral Bhumibol Adulyadej-ə təhqir xarakterli mesajlar yazıb. Thiansutham öz yazılarında ölkə iqtisadiyyatı tənqid etməklə bərabər həm də Baş nazir Prayuth Çan-Yan-ın ailəsini də təhqir edib. Məhkəmənin qərarına əsasən, Thiansutham, yazdığı hər bir mesaja 10 il olmaq şərti ilə ümumilikdə 50 il müddətinə həbs olunub. Məhkəmə prossesinə günahlandırılan şəxsin qohumları və müşahidəçilər iştirak etməyiblər.
Qeyd edək ki, Tayland qanunlarına əsasən, kral ailəsinə qarşı cinayət törədən şəxslər 3 ildən 16 ilə qədər həbslə cəzalandırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB