Qanuni Sultan Süleymanın daxili orqanları tapıldı

Qanuni Sultan Süleymanın daxili orqanları tapıldı

Macarıstanda Osmanlı padşahı Qanuni Sultan Süleymanın daxili orqanlarının basdırıldığı yerin tapılması istiqamətində əhəmiyyətli bir addım atılıb. SİA-nın xarici mediaya istinadən verdiyi xəbərə görə, Macar arxeoloqlar Zigetvar şəhəri ətrafında 18 yerdə aparılan qazıntı işlərinin 17-də işlərini başa çatdıraraq öz fəaliyyətlərini yalnız 1 qazıntı yerində davam etdirirlər.

Macar arxeolaqları arxiv sənədlərində bu yerin adının keçdiyini vurğulayaraq qeyd ediblər ki, müxtəlif geoloji və müasir texniki avadanlıqlarla aparılan qazıntı işlərində artıq müəyyən nəticələr əldə ediblər. Belə ki, aparılan qazıntılar nəticəsində Osmanlı padşahı Qanuni Sultan Süleymanın daxili orqanlarına aid olan müxtəlif qalıqlara rast gəlinib.

Qeyd edək ki, qazıntıların daha dəqiq nəticə verməsi halında bölgədə türbə inşa ediləcək.
Nəzərinizə çatdıraq ki, Sultan Süleyman Qanuninin qəbri daha əvvəllər İstanbula aparılma məqsədiylə mumyalanmışdı. Mumyalamanı aparmaq üçün isə sultanın ürəyi və daxili orqanları çıxarılaraq basdırılmışdı. Daxili orqanların qəti olaraq harada basdırılması barədə isə bugünəcən dəqiq məlumat yox idi.

Bütün xəbərlər Facebook səhifəmizdə