Avropanın "Niklas" faciəsi FOTOLAR

Avropanın "Niklas" faciəsi FOTOLAR

Almaniyanın qərbi saatda 192 kilometr sürətlə əsən "Niklas" qasırğasının əsirinə çevrilib. SİA-nın xarici mediaya istinadən verdiyi xəbərə görə, Almaniyanın bir çox bölgəsində həyatı iflic edən qasırğa 7 nəfərin ölümünə səbəb olub. Hadisə nəticəsində onlarla insan yaralanıb.

Almaniya Meteorologiya Mərkəzinin (DWD) "Niklas" adını verdiyi qasırğa son illərin ən şiddətli qasırğası olaraq tarixə düşüb.

Metereoloqları bir sıra bölgələrdə sel basqınları və torpaq sürüşmələrinin baş verə biləcəyini də istisna etmiyiblər. Almaniyada 7, Avstriya və İsveçrədə 3 insanın ölümünə səbəb olan qasırğa zaman küləyin sürəti saatda 192 kilometrə bərabər olub.

Xüsusilə Almaniyanın qərbinə və cənubuna təsir göstərən qasırğa nəqliyyatın hərəkətini də iflic edib. Hadisə nəticəsində qatarların hərəkəti dayandırılıb, avtomobil yollarında isə xeyli sayda qəzalar baş verib.


Bütün xəbərlər Facebook səhifəmizdə