ABŞ-ın Maryland ştatının Fort-Meade şəhərində Milli Təhlükəsizlik Agentliyi (NSA) mərkəzinə silahlı basqın olub. SİA-nın xarici mediaya istinadən verdiyi məlumata görə, basqın zamanı bir nəfər ölüb, 1-i ağır olmaqla, 2 nəfər yaralanıb. Yerli polis rəsmilərinin verdiyi məlumata görə, federal kəşfiyyat idarəsi olan Milli Təhlükəsizlik Agentliyinin binasına, içərisində iki nəfər olan bir avtomobillə hücum edilib. Binanın giriş qapısını qırmağa cəhd edən maskalı şəxslərin qarşısını mühafizəçilər kəsiblər və nəticədə silahlı insident yaşanıb. Son məlumatlara görə maskalı şəxslərdən biri öldürülüb, digər iki nəfər isə ağır yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB