Papua- Yeni Qvineyada Rixter şkalası üzrə 7.7 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mediaya istinadən verdiyi xəbərə görə, səlahiyyətlilər zəlzələdən sonra ölkə əhalisinə baş verə biləcək sunami təhlükəsi ilə bağlı xəbərdarlıq ediblər.
Amerika Geoloji Araşdırmalar Mərkəzi, zəlzələnin episentrinin Kokopo şəhərinin 54 kilometr cənub-şərqində, Rabaul qəsəbəsində olduğunu bildirib.
Zəlzələdən sonra itkilər barədə dəqiq məlumat verilməsə də ölkə əhalisi baş verə biləcək sunami təhlükəsinə görə həyəcan içindədir. Sakit okeanda yerləşən Sunami Xəbərdarlıq Mərkəzi, Papua-Yeni Qvineya və Solomon Adaları sahillərində çox təhlükəli sunaminin baş verə biləcəyi xəbərdarlığını edib. Sunaminin zəlzələ ocağının 1000 kilometr ətrafında təsirli olması gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB